Milli komandaya baş məşqçini sosial şəbəkələrdə axtarırlar

Milli komandaya baş məşqçini sosial şəbəkələrdə axtarırlar

17 min əhalisi olan Kuk Adaları (Sakit okeanın cənubunda yerləşir) futbol üzrə milli komandaya baş məşqçi tapmaq məqsədilə "Instagram" platforması vasitəsilə elan yayımlayıb.

"Mediasport" xəbər verir ki, ən azı C lisenziyası, məşqçi təcrübəsi, liderlik və kommunikasiya bacarıqlarına sahib olan namizədlər 10 iyula qədər müraciət edə bilərlər.

Yığma komandanın heyəti həvəskar futbolçulardan təşkil edilib.

Xatırladaq ki, Kuk Adaları vətəndaşları Yeni Zelandiya vətəndaşlığı da daşıdıqları üçün futbolçuları karyeralarını həmin ölkədə davam etdirirlər.