"Qarabağ"ın prezidenti UEFA-nın rəsmisinə forma hədiyyə göndərdi
“Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov Macarıstanda FİFA və UEFA rəsmiləri ilə görüşüb.
"Mediasport" xəbər verir ki, Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü bununla bağlı fotolar paylaşıb.
"Atlılar"ın rəsmisi FİFA prezidenti Canni İnfantino ilə görüşüb, sonra Ağdam klubunun prezidenti Tahir Gözəlin adından UEFA baş katibinin müavini Corco Markettiyə üzərində adı yazılmış “Qarabağ”ın formasını hədiyyə edib.
Dünya futbol təşkilatının rəhbəri ilə görüş FİFA-da Üzv Assosiasiyaların direktoru Elxan Məmmədovun vasitəçiliyi ilə baş tutub.




