"Səbail"in yetirməsi bu mövsümün sonunadək Qarabağ klubunda

"Səbail"in yetirməsi bu mövsümün sonunadək Qarabağ klubunda

Futbol üzrə Azərbaycan 2-ci liqasında yarışan “Xankəndi” heyətini yeni oyunçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, çempionatın iddialı debütantı Murad Fərzəliyevi transfer edib.

"Səbail"in yetirməsi olan 19 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qarabağ klubu liqada 14 tura topladığı 39 xalla "Qaradağ Lökbatan"la şərikli liderdir.