Leandro Andrade üçün yubiley

Leandro Andrade üçün yubiley

"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

"Mediasport" xəbər verir ki, futbolçunun yubiley matçı Premyer Liqanın XXIX turuna təsadüf edib.

25 yaşlı kabo-verdeli oyunçu “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.

Andrade Premyer Liqada 2021/2022 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.

Qeyd edək ki, “Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.