"Kəpəz"də 5 yeni müqavilə

 "Kəpəz"də 5 yeni müqavilə

"Kəpəz" daha 5 futbolçu ilə müqavilə imzalayıb.

"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi Raul Məmmədovla Elcan Əbilovu heyətinə cəlb edib.

Müdafiəçi mövqeyində oynayan Raulun 21 yaşı var. 20 yaşlı Elcan isə yarımmüdafiəçidir.

Hər iki oyunçu mövsümün sonuna kimi icarə əsasında "sarı-göylər"in formasını geyinəcək.

Bundan başqa, qərblilər Fərid Kələntərov və Arzu Atakişiyevlə 2, Elgün Bayramovla 1 illik anlaşma imzalayıblar.