"Qəbələ"də daha 2 ayrılıq oldu

"Qəbələ"də daha 2 ayrılıq oldu

"Qəbələ" daha 2 futbolçu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, Rza Cəfərov və Sambu Sissoko ilə icarə müqaviləsinin müddəti başa çatıb.

Həmin futbolçular klublarına qayıdıblar. 

Rza bu ilin yanvarında "Neftçi"dən bölgə təmsilçisinə keçmişdi. O, "qırmızı-qaralar"ın forması ilə 8 oyuna çıxıb.

Sissoko da əyalət təmsilçisinin heyətində 8 matçda forma geyinib.

Xatırladaq ki, "Qəbələ" buna qədər İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla vidalaşıb.