"Qarabağ" - "Sabah" oyunu üçün süni intellektlə hazırlandı - VİDEO

"Qarabağ" - "Sabah" oyunu üçün süni intellektlə hazırlandı - VİDEO

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Sabah” oyunu ilə bağlı maraqlı videoçarx hazırlayıb.

"Mediasport" xəbər verir ki, süni intellektlə hazırlanan videoda Bakı şəhərinin, Masazır gölünün və Tofiq Bəhramov adına Respublika Stadionunun görüntüləri yer alıb.

Promoda “Qarabağ”ın rəmzi olan atın belində Kadi, "Sabah"ın simvolu bayquşa isə Cesse Sekidikanin çiynində əks olunub.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionununda baş tutacaq matç saat 19:00-da başlanacaq.