"Qarabağ" Çempionlar Liqasında "Napoli"yə uduzdu - YENİLƏNDİ

"Qarabağ" Çempionlar Liqasında "Napoli"yə uduzdu - YENİLƏNDİ

Azərbaycanın UEFA Çempionlar Liqasında təmsilçisi "Qarabağ" Liqa mərhələsində növbəti matçını keçirib.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası 5-ci tur çərçivəsində çətin İtaliya səfərində "Napoli"nin qonağı olub.

Komandamız gərgin keçən görüşdə meydanda məğlub ayrılıb.

"Atlılar" hazırda 7 xalla 16-cı sırada yer alıblar.

Növbəti qarşılaşmamız dekabrın 10-da Bakıda "Ayaks"a qarşı olacaq.


UEFA Çempionlar Liqası.  Liqa mərhələsi. 5-ci tur


“Napoli” (İtaliya) - “Qarabağ” (Azərbaycan) 2:0

Baş hakim: Şimon Marçinyak

Yan xətt hakimləri: Tomaş Listkeviç, Adam Kupsik

Dördüncü hakim: Voyçex Miç (hamısı Polşa)

VAR: Pol van Boekel (Niderland)

AVAR: İvan Bebek (Xorvatiya)

Neapol, “Dieqo Armando Maradona” stadionu.

"Napoli": 32. M.Saviç, 17. Olivera, 4. Buongiorno, 31. Beukema, 22.Di Lorenzo, 8. McTominay, 68, Labotka, 13.A.Rahmani, 7. David Neres, 19. Hoylun, 70.Lanq.

Baş məşqçi: Antonio Konte.

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Meteus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalo, 11. Addai, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran.

Baş məşqçi: Qurban Qurbanov.