Oyundan sonra hakimlərin otağına daxil olan məşqçinin cəzası bilindi

Oyundan sonra hakimlərin otağına daxil olan məşqçinin cəzası bilindi

Azərbaycan 1-ci Liqasında yarışan "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə cəzalandırılıb.

"Mediasport" xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar çıxarıb.

Yığmamızın sabiq futbolçusu 17-ci turun MOİK-lə səfər matçında və görüş başa çatdıqdan sonra hakimin qərarlarına sərt etiraz etdiyi üçün qırmızı vərəqə alıb.

Gənc məşqçi daha sonra hakimlər otağına daxil olub.

İK mütəxəssisə 3 oyunluq cəza verib, komandası 300 manat cərimə edilib.