"Omoniya" Bakıda azarkeşlərinin dəstəyindən məhrum qalmayacaq

"Omoniya" Bakıda azarkeşlərinin dəstəyindən məhrum qalmayacaq

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyun üçün Bakıya gələcək "Omoniya" dəstəksiz qalmayacaq.

"Araz-Naxçıvan"ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun "Mediasport"a verdiyi məlumata əsasən, Kipr təmsilçisi Azərbaycana özü ilə bir neçə azarkeş gətirəcək:

"Omoniya"nın Bakıya səfər tarixi vaxtı hələ dəqiqləşməyib. Hələlik çarter reysi üçün təyyarə axtarırlar. Ən geci avqustun 6-da, günün birinci hissəsinə qədər gəlməyi planlaşdırıblar. Təxminən 20-yə yaxın azarkeşin, 4-5 jurnalistin səfəri də gözlənilir".

Avqustun 7-də "Dalğa Arena"da baş tutacaq matç saat 20:00-da start götürəcək.

Cavab qarşılaşması bir həftə sonra Nikosiyada baş tutacaq.