"Neftçi"nin əsas futbolçusu "Kəpəz"lə oyunu buraxacaq
"Neftçi" Azərbaycan Premyer Liqasının sonuncu - 33-cü turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını başa vurub.
"Mediasport" xəbər verir ki, paytaxt klubunun üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Emil Səfərov cəzalı olduğu üçün bu görüşdə iştirak etməyəcək.
Mayın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlanacaq.


