Fransa millisinin sabiq üzvünün "Qarabağ"la anlaşdığı dəqiqləşdi

Fransa millisinin sabiq üzvünün "Qarabağ"la anlaşdığı dəqiqləşdi

"Qarabağ" uzun müddətdir danışıq apardığı Jali Muaddibin keçidini həll edib.

"Mediasport" xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.

Bildirilib ki, "Omoniya" klubunun futbolçusu yay transfer dönəmində Azərbaycana yollanacaq.

Yanvardan ağdamlıların gündəmində olan fransalı bu mövsüm Kipr çempionatında 28 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

25 yaşlı futbolçu Fransanın U-19 milli komandasında bir matç keçirib.