Premyer Liqa klubundan gedən futbolçuların sayı 11-ə çatdı

Premyer Liqa klubundan gedən futbolçuların sayı 11-ə çatdı

Premyer Liqaya yüksələn "Şəfa" daha 3 futbolçusu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, paytaxt klubu müdafiəçi Novruz Məmmədov, yarımmüdafiəçilər Aqşin Paşayev və Urfan İsmayılovu yola salıb.

Hər üç oyunçu ilə başa çatan müqavilələr yenilənməyib.

Xatırladaq ki, "Şəfa" onlaradək Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Aqil Nəsibov, Əmir İbrahimzadə, Seymur Rəhimov, Elvin İsmayılov və, İbrahim Əliyevi yola salıb, Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev və Məmməd Hüseynovu isə transfer edib.

Komandada baş məşqçi Elgiz Kərəmlini Zaur Həşimov əvəzləyib.