"Şamaxı" tarixində 25-ci dəfə səfərdə böyük hesabla qalib gəldi

 "Şamaxı" tarixində  25-ci dəfə səfərdə böyük hesabla qalib gəldi

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.

"Mediasport" xəbər verir ki, bu, Misli Premyer Liqasının XIV turunda baş verib.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub “Karvan-Yevlax”a üç cavabsız qolla qalib gəlib.

Bu göstəricidə “Kəpəz”ə çatan “Şamaxı” yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.

Qeyd edək ki, səfərdə ilk böyükhesablı qələbəsini 2001/02 mövsümündə “Xəzər Universiteti” kimi qazanan komanda “Dinamo-Bakılı”nı (sonrakı “Bakı”) 3:0 hesabı ilə məğlub edib.