"Qarabağ" UEFA-nın yeni reytinq sıralamasında 4 pillə irəlilədi

"Qarabağ" UEFA-nın yeni reytinq sıralamasında 4 pillə irəlilədi

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi məlum olub.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz arasında ən yaxşı nəticə hazırda 65-ci pillədə olan "Qarabağ"a məxsusdur (29.000 xal).

Qurban Qurbanovun komandası ötən cədvəllə müqayisədə 4 pillə irəliləyib.

"Neftçi" 65.00 xalla 212-ci pillədə qərarlaşıb.

Avropa Konfrans Liqasındakı təmsilçilərimizdən "Sabah" 40.00 xalla 302-ci, "Araz-Naxçıvan" isə 322-ci pillədədir.

Azərbaycanın digər təmsilçilərinin sıralamada mövqeyi belədir: "Sumqayıt" (319-cu, 30.00 xal), "Qəbələ" (320-ci, 30.00 xal), "Şamaxı" (321-ci, 15.00 xal).

Sıralamanın zirvəsində Madrid "Real"ı qərarlaşıb (117.500 xal). "Bayern" (2-ci, 108.250 xal), "İnter" (3-cü, 107.250 xal), "Mançester Siti" (4-cü, 102.750 xal), "Liverpul" (5-ci, 101.500 xal) ilk "5-liy"i təşkil edir.