“Qarabağ” və “Neftçi” azarkeşləri dava etdi, 19 nəfər saxlanıldı

“Qarabağ” və “Neftçi” azarkeşləri dava etdi, 19 nəfər saxlanıldı

Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qarabağ” – “Neftçi” oyunu ərəfəsində və oyundan sonra hər iki komandanın azarkeşləri arasında insident yaranıb. 

"Mediasport" xəbər verir ki, dava-dalaşa cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.