Prezident İlham Əliyevdən "Neftçi" rəsmisinə yüksək fəxri ad
Azərbaycan Prezidenti İlham Əliyev BP-nin Xəzər regionu üzrə vitse-prezidenti, "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü Bəxtiyar Aslanbəylinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Mediasport" xəbər verir ki,Sərəncama əsasən, Bəxtiyar Aslanbəyli bu ada Azərbaycan neft sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə və inkişafındakı xüsusi xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, Bəxtiyar Aslanbəyli bu ilin fevral ayında Böyük Britaniya Kralı III Çarlz tərəfindən Britaniya İmperiyası Ən Əla Ordeninin fəxri Zabiti (OBE) adına layiq görülmüşdü.
O, bu nüfuzlu Britaniya dövlət fəxri tituluna layiq görülən ilk Azərbaycan vətəndaşı olub.
B.Aslanbəyli eyni zamanda Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin üzvüdür.


