Rəşad Sadıqov Qurban Qurbanovun nadir görüntüsünü paylaşdı - FOTO

Rəşad Sadıqov Qurban Qurbanovun nadir görüntüsünü paylaşdı - FOTO

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov maraqlı paylaşım edib.

"Mediasport" xəbər verir ki, yığmanın keçmiş kapitanı vatsap tətbiqinin hekayə bölümündə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla eyni kadrda-formada yer aldığı görüntüləri paylaşıb.

Foto 2006-cı ildə - Tofiq Bəhramov adına Respublika stadionunda Qurban Qurbanovun vida oyununda çəkilib.

Şəkildə Qurban Qurbanovun qucağındakı uşaq hazırda onun rəhbərliyi altında "Qarabağ"da çıxış edən Musa Qurbanlı, qara gödəkçədə olan şəxs isə məşqçinin böyük qardaşı Musa Qurbanovdur.

Xatırladaq ki, Qurban Qurbanovun futbolçu kimi son klubu Bakı ovaxtkı "İnter" komandası olub.