Azərbaycan çempionatlarında ayın ən yaxşı qol müəllifləri məlum oldu
Peşəkar Futbol Liqasının təsis etdiyi "Ayın qolu" layihəsində mart ayının ın qalibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Premyer Liqada "Zirə"nin futbolçusu Eren Aydın bütün rəqiblərini geridə qoyub.
1-ci Liqada Tərlan Quliyev ("Şəfa"), 2-ci Liqada isə Emil Quluzadə ("Qaradağ Lökbatan") ayın qalibi olublar.
Qaliblər AFFA-da fəaliyyət göstərən münsiflər heyətinin səsverməsi nəticəsində seçilib.

