"Qarabağ"ın sabiq məşqçisi bu rayonun komandasını çalışdıracaq

"Qarabağ"ın sabiq məşqçisi bu rayonun komandasını çalışdıracaq

Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Zaqatala"nın yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisini Rakif Əliyev çalışdıracaq.

Mütəxəssis daha əvvəl "Qəbələ" və "Kəpəz"də analitik kimi fəaliyyət göstərib, "Qarabağ"ın akademiyasında məşqçi olub.