"Qarabağ"dan ayrılan Dani Bolt Malayziyada debütdə qol vurdu

"Qarabağ"dan ayrılan Dani Bolt Malayziyada debütdə qol vurdu

İki gün əvvəl "Qarabağ"dan ayrılan Dani Bolt Malayziyada fərqlənib.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi müqavilə bağladığı "Yohor Darul Tazim"in heyətində debüt matçında qol vurub.

Braziliyalı ölkə kubokunun 1/8 final mərhələssinin "Damansara" ilə səfər görüşündə adını tabloya yazdırıb.

O, komandasının 2-ci qolunun müəllifi olub, "Yohor" 4:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu klubda "Qarabağ"ın daha bir sabiq üzvü Kevin Medina, həmçinin Azərbaycan milli komandasının keçmiş yarımmüdafiəçisi Eddi İsrafilov da çıxış edir.