"Karvan" transferə doymur - Yevlax klubundan növbəti keçid

"Karvan" transferə doymur - Yevlax klubundan növbəti keçid

Premyer Liqada oynayacaq "Karvan" növbəti transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Yevlax klubu Vüsal Məsimovla anlaşıb.

25 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

O, ötən mövsümü "Şamaxı"da keçirib.

Xatırladaq ki, Vüsal aranlıların 12-ci transferi olub. Bölgə təmsilçisi daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Vaskes Rollo, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev və Samuel Dürrantı rənglərinə bağlayıb.