AFFA Region Liqasının finalında VAR sistemi tətbiq ediləcək

AFFA Region Liqasında III yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, final görüşünü Premyer Liqa hakimi Cavid Cəlilov idarə edəcək.
Final matçında VAR sistemindən də istifadə olunacaq.
Xatırladaq ki, mayın 22-də keçiriləcək hər iki oyun Qəbələ şəhər stadionunda baş tutacaq.
AFFA Region Liqası
III yer uğrunda oyun
14:00. “Göyəzən” - “Ağstafa Gəncləri”
Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
Qəbələ şəhər stadionu
Final
17:00. “Şirvan” - “Xankəndi”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
Qəbələ şəhər stadionu.