"Qarabağ"ın "Nyukasl"la matçlarının vaxtları dəqiqləşdi

"Qarabağ"ın "Nyukasl"la matçlarının vaxtları dəqiqləşdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutacaq "Qarabağ" - "Nyukasl" (İngiltərə) oyunlarının keçiriləcəyi tarixlər və başlanma saatları dəqiqləşib.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisinin britaniyalarla ilk dueli fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Görüş saat 21:45-də start götürəcək.

"Sağsağanlar"la "Sent Ceyms Park" stadionunda reallaşacaq cavab qarşılaşması isə fevralın 24-də keçiriləcək.

Bu matçın start fiti Bakı vaxtilə saat 00:00-da səsləndiriləcək.