Samir Abasova ağır cəza verildi
AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Samir Abasova ağır cəza verib.
“Mediasport” xəbər verir ki, mütəxəssis 4 oyunluq diskvalifikasiya edilib.
Buna Abasovun Premyer Liqanın 11-ci turunun “Qarabağ”la görüşündə hakimləri təhqir etməsi səbəb olub.
Paytaxt klubu buna görə 10 000 manat da cərimə ödəyəcək.
