Final matçının tarixi dəyişdirildi, bəs stadion? - Azərbaycan Kuboku

Final matçının tarixi dəyişdirildi, bəs stadion? - Azərbaycan Kuboku

Futbol üzrə Azərbaycan Kubokunda final matçının vaxtı dəyişdirilib.

AFFA-dan "Mediasport"a verilən məlumata görə, turnirin 2024/2025-ci illər mövsümünün qalibi əvvəldən planlaşdırıldığı kimi iyunun 1-də müəyyənləşməyəcək.

Həlledici qarşılaşma Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının final görüşü ilə eyni günə təsadüf etdiyindən ertələnib.

Beləliklə, fors-major hal olmasa, kubokun final oyunu mayın 31-də baş tutacaq.

Matçın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcəyi dəqiqdir. Məkan dəyişikliyi edilməyəcək.

Federasiyadan redaksiyamıza o da bildirildi ki, yekun qərarı aprelin 11-də Hesabat Konfransında AFFA rəhbərliyi verəcək.