"Qarabağ"ın üzvü bölgə klubu ilə iki illik müqavilə bağladı - RƏSMİ
"İmişli" daha bir futbolçunun transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, bölgə klubu "Qarabağ"dan qapıçı Sadiq Məmmədzadə ilə anlaşıb.
Aranlılar qolkiperlə 2 illik müqavilə imzalayıblar.
Sadiq 2025/2026 mövsümünü icarə əsasında "Difai" klubunda keçirib.
"Səbail"in yetirməsi "Qarabağ"a məxsus idi.


