"Zirə" məşqçisi ilə yollarını ayırdı

"Zirə" məşqçisi ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi Eltun Yaqublu müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
33 yaşlı məşqçi peşəkar futbolçu karyerasını 2020-ci ildə başa vurub. Mütəxəssis 2020-ci ildən baş məşqçi Rəşad Sadıqovun köməkçisi işləyirdi.
O, "Qarabağ", "Neftçi", "Sumqayıt" klublarında forma geyinib.