Yeni mövsüm 101 futbolçunun debütü ilə əlamətdar oldu

Yeni mövsüm 101 futbolçunun debütü ilə əlamətdar oldu

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümü 101 futbolçunun turnirdə debütü ilə əlamətdar olub.

"Mediasport" xəbər verir ki, onlardan 17-si yerli, 84-ü legioner statuslu futbolçudur.

“Qəbələ” və “Karvan-Yevlax”da daha çox – hərəsində 14 debüt gerçəkləşib.

“İmişli” 13, “Kəpəz”, “Neftçi” və “Şamaxı” hərəyə 10 yeni oyunçuya Premyer Liqada ilk matça çıxmaq imkanı verib.

“Sumqayıt” 8, “Sabah” 7, “Qarabağ” 6, “Turan Tovuz”la “Araz-Naxçıvan” hərəyə 4 debütanta şans verib. “Zirə”də hamıdan az – cəmi 1 belə oyunçu meydana çıxıb.

12 klubdan yalnız 6-da yerli futbolçu debüt edib.

“Qəbələ” bu göstəricidə liderdir – 5 oyunçu. “Şamaxı”da 4, “İmişli”də 3, “Kəpəz”lə “Karvan-Yevlax”ın hərəsində 2, “Sumqayıt”da 1 azərbaycanlı debüt şansı əldə edib.


Say Komanda Yerli Legioner

4 Araz-N 0 4

14 Qəbələ 5 9

14 Karvan-Y 2 12

13 İmişli 3 10

10 Kəpəz 2 8

10 Şamaxı 4 6

10 Neftçi 0 10

8 Sumqayıt 1 7

7 Sabah 0 7

6 Qarabağ 0 6

4 Turan T 0 4

1 Zirə 0 1

101 17 84