"Şkendiya" üçün ayrılmış yerlər "Qarabağ" azarkeşlərinə veriləcək

"Şkendiya" üçün ayrılmış yerlər "Qarabağ" azarkeşlərinə veriləcək

Sabah UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Şkendiya" (Şimali Makedoniya) klubunun azarkeşləri Azərbaycana səfər edə bilməyiblər.

"Mediasport" xəbər verir ki, bu səbəbdən qonaq sektora nəzərdə tutulmuş biletlər yerli azarkeşlər üçün satışa çıxarılır.

27 və 28-ci sektorlar üçün biletləri sabah saat 12:00-dan satışda olacaq.

Qeyd edək ki, görüş saat 20:00-da başlanacaq.