Demçenko: "Uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin"
"Nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə futbolçular yorğunluq fonunda meydana çıxmışdılar".
"Mediasport" xəbər verir ki. bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko deyib.
Ukraynalı mütəxəssis "Qəbələ" ilə yoxlama matçı haqda danışıb:
"Uşaqların verdiyimiz tapşırıqları nə dərəcədə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin.
Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik".
Naxçıvan təmsilçisi yoxlama oyununda "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub.
