"Qarabağ"la qarşılaşmaya qələbə qazanmaq üçün çıxacağıq"

"Qarabağ"la qarşılaşmaya qələbə qazanmaq üçün çıxacağıq"

"Qarabağ"la oyuna qələbə üçün çıxacağıq. Bu, birinci hədəfdir. Oyunçularda yaxşı ritmi saxlamaq istəyirik. Heyəti buna görə seçəcəyik".

"Mediasport" xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau deyib.

Mütəxəssis bu gün İngiltərədə baş tutacaq cavab oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

O, ilk matçda qeydə alınmış böyükhesablı qələbəyə baxmayaraq, bu gün də meydana uğur qazanmaq üçün çıxacaqlarını bildirib:

"Mövsümün əvvəlində ilk hədəfimiz Çempionlar Liqasında 1/8 finala yüksəlmək idi. Bu gün əsas diqqətimizi buna yönəldəcəyik.

"Qarabağ"la ilk görüşdə hesaba çox diqqət yetirildi. Lakin mənimçün hər qarşılaşma önəmlidir. "Qarabağ"la oyuna hazırıq".

Qeyd edək ki, "Nyukasl Yunayted" - "Qarabağ" matçı bu axşam saat 00:00-da start götürəcək.

Azərbaycan çempionu ötən həftə Bakıda 1:6 hesabı ilə uduzub.