"Neftçi" ilə ölkə çempionu olmuş müdafiəçi yenidən Qazaxıstanda
2019-2022-ci illərdə "Neftçi"də oynamış Mamadu Mboc yenidən Qazaxıstana yollanıb.
"Mediasport" xəbər verir ki, seneqallı futbolçu "İrtış"a transfer edilib.
32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
"Neftçi"də 71 matç keçirmiş Mboc 2020/2021-ci illər mövsümündə "ağ-qaralar"la Azərbaycan Premyer Liqasının qalibi olub.
O, 2023-cü ildə Qazaxıstanda "Ordabası" komandasında forma geyinib.
