"Turan Tovuz" "Benfika"nın yetirməsi ilə müqavilə bağladı

"Turan Tovuz" "Benfika"nın yetirməsi ilə müqavilə bağladı

2024/2025-ci illər mövsümü başa çatan kimi 9 futbolçu ilə yollarını ayıran "Turan Tovuz" heyətini gücləndirməyə başlayıb.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisi Kabo Verde milli komandasının üzvü David Tavareşi transfer edib.

Portuqaliya nəhəngi "Benfika"nın yetirməsi son olaraq Rumıniyanın "Qloria Buzau" klubunun şərəfini qoruyub.

Yarımmüdafiəçi ilə anlaşma 3 illik nəzərdə tutulub.

Tavareş 2018-2021-ci illərdə "Benfika"nın B komandasında 36 oyun keçirib. Daha sonra "Moreyrense", "Torreense" və "Famalikan"da forma geyinib.

Son mövsüm Rumıniya təmsilçisinin heyətində 27 görüşə 1 qol vuran 26 yaşlı futbolçu 2023-cü ildən Kabo Verde yığmasına dəvət alır.

Xatırladaq ki, tovuzlular İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə vidalaşıblar.