Azərbaycan çempionu olan klub daha 3 futbolçusu ilə vidalaşdı
Futbol üzrə Azərbaycan 1-ci Liqasına vəsiqə qazanan “Xankəndi” daha üç futbolçu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi Elvin Nəsibov, Elmar Rəhimov və Hüseyn Hüseynli ilə vidalaşıb.
Hər üç oyunçu ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Xankəndi” 2025/2026-cı illər mövsümündə Azərbaycan 2-ci Liqasının çempionu olub.
Komanda onlaradək Pərviz Qaraxanov, Elməddin Hüseynzadə, Elşad Manafov, Rauf Məhərrəmov, Tural Qurbatov, Mirmövsüm Caniyev, Nodar Məmmədov, Şahin Zəkiyev və Əli Mürsəlovu yola salıb.


