"Qəbələ" Yaponiyanın U-20 yığma komandasına məğlub oldu
Milli fasilədən istifadə edən "Qəbələ" növbəti yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, əyalət klubu Yaponiyanın U-20 millisi ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan görüşdə “qırmızı-qaralar" 1:3 hesabı ilə məğlub olublar.
Təmsilçimizin yeganə qolunu Xəyyam Məmmədli vurub.

