"Neftçi" PFK 88 yaşında!

Martın 18-i Azərbaycanın ən qədim futbol klublarından "Neftçi"nin yarandığı gündür.
"Mediasport" xəbər verir ki, Bakı təmsilçisinin əsası 1937-ci ildə qoyulub.
88 yaşlı komanda "Neftyanik" adı ilə fəaliyyətə başlayıb.
Bakılılar 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanıblar.
SSRİ 1-ci Liqasının gümüş (1976) və bürünc (1954) medalçısı 4 dəfə (1967, 1968, 1970, 1971) SSRİ Kubokunda yarımfinal oynayıb.
1968-ci ildən "Neftçi" adı ilə çıxış edən "ağ-qaralar" müstəqillik illərində 9-qat Azərbaycan çempionudur, 2 dəfə ölkə kubokunun, 2 dəfə isə Superkubokun qalibi olubar.