Rəşad Sadıqovun komandası Türkiyə klubunu darmadağın etdi

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən "Zirə" növbəti yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası 1-ci Liqa təmsilçisi "Pendikspor"la qarşılaşıb.
"Qartallar" Türkiyə klubunun qapısından dörd cavabsız top keçiriblər.
Komandamızın qollarını Brahim Konate, Davit Volkov və Junior Martins (2) vurublar.
Xatırladaq ki, "Zirə" Türkiyədə daha əvvəl "Ankara Keçiörəngücü" (2:1), "Çorum" (2:0) və "Əl Hüseyn"ə (1:0, İordaniya) qalib gəlib, Bakıda toplanışında isə "Qarabağ"a uduzub (0:4).