"Qəbələ"də yeni müqavilə
“Qəbələ” İdman Klubu ilə "Qəbələ Konserv Zavodu" MMC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
"Mediasport" xəbər verir ki, 2026–2027-ci illər mövsümünü əhatə edən razılaşma çərçivəsində şirkətin istehsal etdiyi “Jalə” suları “Qəbələ” İdman Klubunun rəsmi su təminatçısı olacaq.
Əməkdaşlıq çərçivəsində “Qəbələ”nin əsas komandasının oyun formalarının qol hissəsində “Jalə” sularının loqosu əks olunacaq.
Bundan əlavə, Qəbələ şəhər stadionunda şirkətin reklam bannerləri yerləşdiriləcək.


