Yığmamızın UEFA Millətlər Liqası matçının biletləri satışa çxıarıldı
Sentyabrın 27-də UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Litva – Azərbaycan oyununda milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn şəkildə satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avro təşkil edir.
Kaunas şəhərində yerləşən “Dariaus ir Gireno” stadionunda baş tutacaq görüş yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) start götürəcək.
Biletləri aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz:

