Qurban Qurbanov "Tvente" matçı öncəsi media qarşısına çıxacaq
Avqustun 27-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Tvente” (Niderland) qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 26-da saat 13:30-da Suraxanıdakı məşq bazasında baş tutacaq.
Saat 19:15-də isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Con van den Bromun iştirakı ilə keçiriləcək mətbuat konfransı saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
“Tvente”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) isə saat 18:00-da eyni stadionda keçiriləcək.
Media nümayəndələri akkreditasiyalarını avqustun 26-da saat 10:00-dan 18:00-dək “Azersun Arena”nın media otağından əldə edə bilərlər.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.
İlk dueldə Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.


