Xəyal Əliyev mükafatlandırıldı
"Sabah"ın üzvü Xəyal Əliyev mükafatlandırılıb.
"Mediasport" xəbər verir ki, o, Azərbaycan Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində may ayının ən yaxşı qolunun müəllifi olub.
Futbolçuya mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.


