"Alınıb-alınmayacağını zaman göstərəcək, bu, Allahın əlindədir"

"Alınıb-alınmayacağını zaman göstərəcək, bu, Allahın əlindədir"

"Çətin period keçdim. Amma nə etmək olar, idmançı həyatı belədir. Artıq həm fiziki, həm psixoloji cəhətdən daha güclü qayıtmaq lazımdır. Düşünürəm ki, bunun öhdəsindən gələcəyəm”.

"Mediasport" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Kadi Borges deyib.

Zədədən qayıdan braziliyalı vinger 3 aya yaxın futbolsuz qalmasına münasibət bildirib:

"Zədələr idmanın ayrılmaz hissəsidir, nə etmək olar, bunlardan keçmək lazımdır. Daha güclü olmaq üçün bacardığımı edəcəm.

O ki qaldı Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la oyuna, fikrimcə, onları keçib-keçməməyimizi düşünməməliyik. Hesab edirəm ki, çıxıb oynamaq və mübarizə aparmaq lazımdır.

Əlimizdən gələnin ən yaxşısını etməliyik. Alınıb-alınmayacağını zaman göstərəcək, bu, Allahın əlindədir".