Respublika stadionunun tavan örtüyü yararsız hala düşdü - FOTOLAR

Bir neçə gündür ölkəmizdə davam edən qeyri-sabit hava şəraiti növbəti dəfə Tofiq Bəhramov adına Respublika stadionuna ziyan vurub.
"Mediasport"un arenada olan əməkdaşı xəbər verir ki, külək tribunalardan birinin tavan örtüyünü yararsız hala salıb.
Qalın materialdan olan örtük yerindən qoparaq tribunanın üstünə düşüb.
Ərazidən keçən avtomobillər və piyadalara təhlükə yaranmasın deyə sektorun qarşısı dəmir çəpərlərlə hasarlanıb.
Xatırladaq ki, iki ay əvvəl də güclü külək stadion ərazisinə ziyan vurmuş və çoxillik ağacı aşırmışdı.