Lionel Messi bu dəfə Kataloniya klubunun səhmlərinin sahibi oldu
Dünya futbolunun canlı əfsanəsi Lionel Messi daha bir klubun səhmlərini alıb.
"Mediasport" xəbər verir ki, Argentina milli komandası və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu bu dəfə İspaniyanın 3-cü Divizionunda çıxış edən, Kataloniya vilayətini təmsil edən “Kornelya”nın tam səhmlərinə yiyələnib.
Məlumatı məşhur insayder Fabrisio Romano paylaşıb.
Xatırladaq ki, 39 yaşlı futbolçu daha əvvəl vətənində "Leones de Rosario" klubunu yaradıb.
Komanda Messinin ailəsinə məxsusdur, qardaşı Matias Messi klubun prezidentidir.
Komanda 2026-cı ildən Argentinanın C Liqasında yarışır.
O, 2023-cü ildə "İnter Mayami"yə keçən zaman müqaviləyə klubda payçı olması ilə əlaqəli bənd salınıb.
Uruqvayın 3-cü Divizionunda çıxış edən "Deportivo LSM" klubu da Messiyə məxsusdur. O, klubu 2025-ci ildə uruqvaylı məşhur sima Luis Suareslə birlikdə təsis edib.

