Azərbaycan Premyer Liqasında oynamış futbolçu həbs edildi

Azərbaycan Premyer Liqasında oynamış futbolçu həbs edildi

İranda davam edən etirazlar zamanı daha bir futbolçu həbs edilib.

"Mediasport" xəbər verir ki, bu, karyerasını ölkəsinin 2-ci liqa təmsilçisi KİA klubunda davam etdirən Peyman Keşavarzidir.

Azərbaycanda bir neçə komandada forma geyinmiş 27 yaşlı müdafiəçi Təbriz şəhərində saxlanılıb.

Səbəb kimi onun İran hakimiyyətinin əleyhinə etiraz aksiyalarında iştirakı göstərilib.

Xatırladaq ki, Peyman ölkəmizdə “Sumqayıt”, “Kəpəz”, “Səbail” və “Karvan” klublarında oynayıb.