Ölkə prezidenti doqquzuncu dan qara kəmərlə mükafatlandırıldı

Dünya Taekvondo Federasiyasının rəhbəri Çunqvon Ço Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə doqquzuncu dan qara kəmər təqdim edib.
"Mediasport" xəbər verir ki, mərasim paytaxt Astanada baş tutub.
Tokayev qurumun koreyalı prezidentinin təqdimatından sonra ənənəyə uyğun olaraq bir zərbə ilə taxta lövhəni sındırıb.
Qeyd edək ki, taekvondoda doqquzuncu dan qara kəmər ən yüksək dərəcədir.