Rusiya klubu azərbaycanlı futbolçu ilə müqaviləni yenilədi

Azərbaycanlı futbolçu Kamran Əliyev karyerasını Rusiyada davam etdirəcək.
"Mediasport" xəbər verir ki, "SKA-Xabarovsk"da oynayan 27 yaşlı hücumçu yeni müqavilə bağlayıb.
Forvardla yeni anlaşma növbəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, "Ximki" nin yetirməsi 2021/2022-ci illər mövsümündə də Xabarovsk klubunda forma geyinib.
O, 2023/2024-cü illər mövsümünü Azərbaycanda - "Sumqayıt"da keçirib.