"Qarabağ" ispan futbolçu ilə müqavilənin detallarını açıqladı

"Qarabağ" ispan futbolçu ilə müqavilənin detallarını açıqladı

Xəbər verdiyimiz kimi, "Qarabağ" yeni mövsüm üçün daha bir futbolçunu heyətinə qatıb.

Ağdam klubu ötən mövsüm İspaniyanın “Rayo Valyekano” klubunda çıxış etmiş Xoni Montieli (Jonathan Monitel Caballero) transfer edib.

Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.

26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib.

Xoni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub.

Montiel İspaniyanın U-17, U-18 və U-19 yığmalarnın formasını geyinib.

Mediasport.com.az