"Sabah" Çempionlar Liqasında pley-offa darmadağınla yüksəldi!

"Sabah" Çempionlar Liqasında pley-offa darmadağınla yüksəldi!

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri start götürüb.

"Mediasport" xəbər verir ki, Azərbaycanın yarışda təmsilçisi "Sabah" Bakıda həlledici duelə çıxıb.

Ötən həftə Danimarkada "Orhus"a məğlub olan "bayquşlar" skandinavları darmadağın edərək pley-offa vəsiqə qazanıb.

Valdas Dambrauskasın komandası pley-off mərhələsində "Hapoel" Beer-Şeva (İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sabah" bu nəticə ilə azı UEFA Avropa Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edib.


UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu


"Sabah" (Azərbaycan) – "Orhus" (Danimarka) (İlk oyun – 1:2) 4:0

Baş hakim: Villi Delajo

Yan xətt hakimlər: Ervan Finjan, Valentin Evrar

Dördüncü hakim: Erik Vattelye (hamısı Fransa)

Masazır, "Əlincə Arena".